“Barselona”nın növbəti hədəfi – 17 yaşlı futbolçu

PSV-nin 17 yaşlı futbolçusu “Barselona”nın maraq dairəsindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Hollandiya klubunun gənc futbolçusu Məhəmməd Amin İhattaren “Barselona”nın transfer hədəfindədir. Katalonların hollandiyalı yarımmüdafiəçi üçün yaxın zamanda hərəkətə keçəcəyi deyilir.

Məhəmməd ilk çempionat oyununa Erediviziyanın 19-cu turunda, PSV-nin “Qroningen”lə qarşılaşmasında çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button