“Barselona” “Çelsi”nin müdafiəçisi ilə maraqlanır

“Barselona” yay transfer dövründə müdafiə xəttini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Çelsi”nin müdafiəçisi Levi Kolvillə maraqlanır.

“Barselona” 23 yaşlı futbolçunun transfer imkanlarını dəyərləndirir və yaxın vaxtlarda bu istiqamətdə addımlar ata bilər. Klub rəhbərliyi Kolvilli gələcəyin əsas müdafiəçilərindən biri kimi görür.

“Transfermarkt” portalına görə, ingiltərəli müdafiəçinin bazar dəyəri 50 milyon avro təşkil edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Kolvill ötən mövsüm İngiltərə Premyer Liqasında 3 oyunda meydana çıxıb. Məhz az oyun praktikası futbolçunun gələcəyi ilə bağlı müxtəlif transfer iddialarının ortaya çıxmasına səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button