“Barselona”nın müdafiəçisinə Premyer Liqa klubundan maraq

“Nyukasl” “Barselona”nın müdafiəçisi Andreas Kristensenlə maraqlanır.

Komanda.az İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilə imzalanması “sağsağanlar”ın Çempionlar Liqasına vəsiqə qazanmasından asılı ola bilər.

Digər tərəfdən, Kristensenin “Barselona”dakı mövqeyindən razı olduğu bildirilir. Amma böyük bir təklif onun fikrini dəyişə bilər.

Danimarkalı futbolçu 2022-ci ilin yayından Kataloniya klubunda çıxış edir. Kristensen bu mövsüm bütün yarışlarda 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Nyukasl” hazırda İngiltərə Premyer Liqasında 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button