PSV “Barselona”nın müdafiəçisini almağa hazırdır

PSV-də icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Serjinyo Dest Niderland klubunun daimi oyunçusu ola bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Niderland təmsilçisi növbəti mövsümdə də amerikalı futbolçuya güvənmək istəyir.

PSV Desti birdəfəlik almağa hazırdır. Potensial müqavilə 10 milyon avro dəyərində qiymətləndirilir.

Dest 2023-cü ilin avqustunda icarə əsasında PSV-yə keçib. Onun icarə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Destin Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Müdafiəçi daha əvvəl Xavi orada çalışarkən “Barselona”ya qayıtmayacağını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button