
“Barselona”nın müdafiəçisi geri döndü
“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədəsini bərpa edib.
Danimarkalı futbolçu dekabrın sonunda sol dizinin ön çarpaz bağında qismən yırtıq almışdı. Həmin vaxt onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi bu gün 30 yaşlı müdafiəçinin komandaya qayıtdığını rəsmən açıqlayıb. O, “Alaves”lə keçiriləcək matçın iştirak ərizəsinə daxil edilib.
“Barselona” La Liqanın 36-cı turu çərçivəsində, bu gün öz meydanında “Alaves”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



