“Barselona”nın maaş dərdi

“Barselona” klubunun rəhbərliyi komandanın maaşını azaltmaq istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, yaxın iki ildə Kataloniya klubu maaşların azaldılması istiqamətində işləri davam etdirəcək. Hazırda klubda maaş fondu 610 milyon avrodur. “Barsa” rəhbərliyi bu məbləği 420-450 milyon avroya qədər azaltmaq istəyir. Rəhbərlik hesab edir ki, bu məbləğ komandaya rəqabətdə qalmağa imkan verəcək.

Yüksək maaş alan bir neçə futbolçu – Jordi Alba, Serxio Buskets və Jerar Pike gələn yay “Barselona”nı tərk edə bilər. Bu da maaşların azalmasını asanlaşdırır. Bununla belə, yüksək maliyyə tələbləri olan futbolçunun alınması vəziyyəti dəyişə bilər. Məsələn, “Barsa” “Mançester Siti”dən Bernardo Silva ilə maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button