“Barselona”nın Levandovski qorxusu – FOTO

“Barselona”nın hücumçusu Robert Levandovski Polşa millisinin heyətində Uels yığmasına qarşı UEFA Millətlər Liqası matçında (1:0) xəsarət alıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçunun zədəsi ciddi olsa, beynəlxalq matçlardan sonra “Barsa”nın sıradan çıxan 6-cı oyunçusu ola bilər.

Jul Kunde (Fransa) və Ronald Arauxo (Uruqvay) daha əvvəl milli komandalarının düşərgəsində zədələniblər. Frenki de Jonq və Memfis Depay (hər ikisi Niderland) da Kataloniya klubuna zədəli qayıdacaq. Fransa millisinin son oyununu buraxan Osman Dembelenin də səhhəti sual altındadır.

Levandovski bu mövsüm bütün turnirlərdə 8 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

 Komanda.az

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button