“Neymarı “Barselona”da görmək istəmirəm”

“Barselona”nın keçmiş futbolçusu Fransisko Xose Karrasko, PSJ-nin üzvü Neymarın Kataloniya təmsilçisinə mümkün qayıdışından danışıb.

Komanda.az xəbər verir ki, sabiq yarımmüdafiəçi, İspaniya mətbuatına açıqlamasında, Neymarı “Barselona”da görmək istəmədiyini deyib:

“Neymarı “Barselona”da görmək istəmirəm. Onun komandanı necə tərk etdiyini heç vaxt unuda bilmərəm. Neymardansa, Kriştiano Ronaldonu “Barselona”da görməyi seçərdim. Ciddi danışmaq lazımdır, “Barselona” Antuan Qrizmannın transferinə diqqət yetirməlidir, Neymar haqda düşünməli deyil”.

2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymarın yenidən İspaniya klubuna qayıdacağı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button