“Barselona”da Albanın əvəzlənməsinin səbəbi bilindi

“Barselona”nın futbolçusu Jordi Albanın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) ilə oyunun fasiləsində əvəzlənməsinin səbəbi bilinib.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi əzələsində ağrılar hiss etdiyi üçün ikinci hissədə meydana çıxmayıb. Bu barədə “Barselona”nın rəsmi “tvitter” hesabı məlumat yayıb.

Albanın son durumu tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

“Barselona” – “Slaviya” oyunu qolsuz bərabərliklə bitib.