
“Barselona”nın futbolçusu sıradan çıxıb
“Barselona”nın müdafiəçisi Andreas Kristensen yenidən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az “Esport3”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Vilyarreal”la son oyun ərəfəsində aldığı zədə səbəbindən təxminən 4 ay forma geyinə bilməyəcək.
Danimarkalı futbolçu bərpa müddətinin bu qədər uzun olacağından sarsılıb. Buna baxmayaraq, klub rəhbərliyi ona dəstək olmağa hazırdır.
“Barselona”nın prezidenti Xuan Laporta Kristensenə maaşının azaldılması şərti ilə yeni, bir illik müqavilə təklif etməyi planlaşdırır. Daha əvvəl müdafiəçinin özü də klubla müqavilənin müddətini uzatmaqda maraqlı olduğu və maaş endiriminə razılaşdığı bildirilmişdi.
Kristensen cari mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində 17 oyunda iştirak edib və 1 qol vurub.
Bizi Facebook-da izləyin



