“O, komandada böyük fərq yaradacaq” – Buskets

“Barselona”nın futbolçusu Serxio Buskets klubun yeni transferi Dani Alveş haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, keçmiş komanda yoldaşının yenidən kluba qayıtmasından məmnun olduğunu söyləyib:

“Alveşin qayıdışı bizi xoşbəxt edir. Onun necə peşəkar futbolçu olduğunu yaxşı bilirik. Klub və milli komanda səviyyəsində əldə etdiyi nailiyyətlər göz qabağındadır. Xarakteri, qələbə əzmi ilə bizə güc verəcək. O, komandada böyük fərq yaradacaq.

Ümid edək ki, hər şey qaydasında olsun. Onunla eyni formanı yenidən bölüşməyi səbirsizliklə gözləyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button