“Messisiz də Çempionlar Liqasını qazana bilərik” – Buskets

“Barselona”nın futbolçusu Serxio Buskets argentinalı hücumçu Lionel Messinin klubdan ayrılması ilə bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı, Messinin gedişini həzm etməyin çətin olduğunu deyib:

“Messinin ayrılığını həzm etmək çətin idi. Ancaq hekayəni dəyişmək üçün cəhd etməliyik. Mövsümün əvvəlindəyik və Messi olmadan da oynamalıyıq. Düzdür, Messinin gedişi bütün komanda üçün şok oldu. Bunları arxada qoymalıyıq və əsas olan komandanın oyunudur. Messisiz də Çempionlar Liqasını qazana bilərik”.

Messi bu yay “Barselona”dann ayrılaraq Fransanın PSJ klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button