“Bayern” Pedri üçün transfer rekordu qıra bilər

“Barselona”nın futbolçusu Pedri karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə “Bayern” klubu yaxından maraqlanır. Bu barədə AS nəşri məlumat yayıb.

“Bayern” Pedriyə “Barselona”dakından 4 dəfə çox maaş qazanacağı müqavilə təklif etməyə hazırlaşır. Münhen təmsilçisi ispan yarımmüdafiəçinin keçidi üçün transfer rekordunu qırmağa hazırdır.

Pedrinin “transfermarkt”da dəyəri 80 milyon avrodur.

“Bayern” 2019-cu ildə “Atletiko”dan Lukas Hernandesi 80 milyon avroya heyətinə qataraq, klubun transfer rekordunu müəyyənləşdirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button