“Zenit” Malkomun formasını satışa çıxardı FOTO

“Barselona”nın futbolçusu Malkom karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu “Zenit” klubuna transfer olunacaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Malkomun “Zenit”lə yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilir.

“Zenit” klubuna məxsus fan-şopların birində Malkomun forması satışa çıxarılıb. 22 yaşlı oyunçu yeni klubunda 8 nömrəli formanı geyinəcək.

Ötən mövsüm “Bordo”dan 41 milyon avro müqabilində transfer olunan Malkomun “Barsa” ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, “Barselona”nın heyətində iştirak etdiyi 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button