“Heç kim belə bir şey gözləmirdi” – Messi MS-in cəzasından danışdı

“Barselona”nın futbolçusu Lionel Messi “Mançester Siti”nin 2 mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu “şəhərlilər”in belə cəzaya məruz qalacağını gözləmədiyini deyib:

“Bu xəbər məni çox təəccübləndirdi. Çünki heç kim belə bir şey gözləmirdi. PSJ əvvəl sadəcə cərimə ödəmişdi. “Mançester Siti” belə bahalı və səviyyəli heyətlə Çempionlar Liqasında oynamasa, qəribə olacaq.

“Barselona” Serixo Aqueronu almalımıdır? Bilmirəm. Belə vəziyyətdə nə olacağı bilinmir. Ancaq komanda ÇL-ə getməzsə, bir çox futbolçu ayrılmaq haqda düşünəcək”.

“Mançester Siti” maliyyə qaydalarını pozduğu üçün 2 illik avrokuboklardan uzaqlaşdırılıb.