Messidən “Barselona” rəsmisinə: “Futbolçular haqda danışırsızsa, ad çəkməlisiz”

“Barselona”nın futbolçusu Lionel Messi klubun idman direktoru Erik Abidalı tənqid edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Abidal, verdiyi bir açıqlamada keçmiş baş məşqçu Ernesto Valverdenin göndərilməsiylə bağlı bunları deyib:

“Bir çox futbolçu razı deyildi və onun zamanında çox da çalışmırdı”.

Messi rəsmi “instagram” hesabından paylaşım edərək, Abidalın bu sözlərinə cavab verib:

“Dürüst olmaq lazımdırsa, belə şeyləri danışmaq xoşuma gəlmir. Ancaq hər kəs öz işinə cavabdeh olmalı və qərarlarına diqqət etməlidir. İdman departamentinin rəhbərləri də aldıqları qərarlara görə məsuliyyət hiss etməlidirlər. Digər tərəfdən, futbolçular haqda danışırsızsa, ad çəkməlisiz. Bunu etmirsizsə, şayiələr və sözlər artır, hamımızı kirlədir”.

Messi bir müddət əvvəl məşqdə komandanın müdafiəçisi Jerar Pike ilə münaqişə yaşamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button