“O, bir əfsanə idi və elə də qalacaq” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi dünən karyerasını bitirdiyini açıqlayan ispan qapıçı İker Kasilyas haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Messi, keçmiş qapıçı haqda bunları deyib:

“Kasilyas təqaüdə çıxdı, amma adını futbol tarixinə yazdırmağı bacardı. O, bir əfsanə idi və elə də qalacaq”.

Messi, “Real”ın və İspaniya milli komandasının sabiq qapıçısına müraciət də edib:

“İker, sən inanılmaz bir qapıçı idin və sənə qarşı oynamaq hər zaman çətin oldu. Geriyə baxdıqda, bu çətinliklərin bizi daha irəli getməyə məcbur etdiyini görürük”.

Kasilyas 1998-2015-ci illərdə “Real”ın şərəfini qoruyub.