“Yorğunam, ancaq…” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında “İnter”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Yorğunam, ancaq bu mövsüm ilk dəfə 90 dəqiqə meydanda qaldım. Oyunun ritmini tam tuta bilmədim, amma qələbə qazandığımız üçün məmnunam.

Çətin qrupumuz var və mütləq bu oyunda qələbə qazanmalı idik. Məqsədimiz ilk sırada olmaqdır. “İnter”i məğlub etmək asan deyil. Demək olar ki, müdafiədə boşluqlar vermirlər. Ancaq məqsədimizə çatdıq və qələbə qazandıq”.