“Kuman və Barjuan fərqli məşqçilərdir, lakin…” – Alba

“Barselona”nın futbolçusu Jordi Alba La Liqada “Alaves”ə qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bildirib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Alba, matçı belə şərh edib:

“Üç xal qazana bilmədik. Bu, çox pisdir. İşimiz çətindir. Komanda çalışır, çalışır, amma alınmır. Bir çox qol imkanı yaratsaq da, dəyərləndirə bilmədik.

Ronald Kuman və Sergi Barjuan fərqli məşqçilərdir, lakin düşüncələri eynidir. Ümid edirəm ki, daha yaxşı olacağıq. Çətin günlərimizdə yanımızda olan azarkeşlərimizin köməyi ilə yaxşılaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button