“Belə oynasaq, hər kəsi məğlub edə bilərik” – Alba

“Barselona”nın futbolçusu Jordi Alba İspaniya kubokunun yarımfinalında “Sevilya”nı məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan ispan müdafiəçi, Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-ni də keçə biləcəklərini qeyd edib:

“PSJ-yə qarşı oyunda möcüzə mümkündür? Belə oynasaq, hər kəsi məğlub edə bilərik. Çempionlar Liqasının daha çətin olduğunu düşünürəm. İstəyimiz yaxşı oynamaq və bacardıqlarımızı hər kəsə göstərməkdir. Baş məşqçimiz Ronald Kumana heç vaxt şübhə ilə yanaşmadıq. Yaxşı işləyir və düzgün, dəqiq fikirləri var”.

“Barselona” kubokun yarımfinal mərhələsinin ilk oyununda “Sevilya”ya 0:2 hesabıyla uduzsa da, cavab matçında rəqibini üç cavabsız qolla məğlub edərək, finala yüksəlib. Kataloniya təmsilçisinin finaldakı rəqibi “Levante” – “Atletik” cütünün qalibi olacaq.

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda PSJ-yə 1:4 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı martın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button