Pike: “Xəyallarımız haqda danışmayacam”

“Barselona”nın futbolçusu Jerar Pike Çempionlar Liqasında “Bayern”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan ispan müdafiəçi, “Bayern”in matçın favoriti olduğunu söyləyib:

“Düşünürəm ki, “Bayern” qələbə qazana bilər. Xəyallarımız haqda danışmayacam. “Bayern” evində güclü oynayır və uzun müddətdir ki, avrokuboklarda ev matçında uduzmurlar.

Bizi çətin səfər oyunu gözləyir. Az qol vurub, çox qol buraxırıq. “Bayern”lə matçda “çərçivə”ni toxunulmaz saxlamağa çalışacağıq”.

Bu gün keçiriləcək “Bayern” – “Barselona” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button