“Barselona”nın futbolçusu İngiltərə yolunda

“Barselona”nın futbolçusu Jan-Kler Todibo komandadan ayrılmağa hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu İngiltərənin “Fulhem” klubuna keçməyə yaxındır. Məlumata görə, klublar futbolçunun keçidi ilə bağlı razılıq əldə ediblər. Anlaşmaya əsasən, ingilislər bu keçid üçün “Barselona”ya 18 milyon avro ödəyəcək.
Hazırda “Fulhem”in Todibo ilə danışıqlar apardığı bildirilir.

20 yaşlı futbolunun “Barsa” ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button