Qrizmann: “Yaxşı komandamız var və daha çox şey qazana bilərik”

“Barselona”nın futbolçusu Antuan Qrizmann La Liqanın 21-ci turu çərçivəsində “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransız futbolçu, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Yaxşı komandamız var və daha çox şey qazana bilərik. Hələ qarşıda çox oyun var, hər görüşdə qələbə qazanmaq istəyirik. Sonda necə olacağını görəcəyik.

“Atletik” yüksək təzyiq göstərən bir komandadır. Bu oyunda da yaxşı mübarizə apardılar. Lionel Messi isə bir əfsanədir, komandanın qələbə qazanmasına çox kömək edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button