“Barselona”nın futbolçusu yenidən sıradan çıxdı

İspaniyanın “Barselona” klubunun futbolçusu Serxi Roberto yenidən zədələnib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qranada” ilə oyunda (5:3) sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Robertonun sağ ayaq əzələsindən zədələndiyi bildirilir. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Keçən ilin noyabrında zədələnən Roberto bir neçə gün əvvəl məşqlərə başlamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button