“Barselona”nın futbolçusu əməliyyat olunmaqdan imtina edib

“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsi səbəbindən əməliyyat olunmayacaq.

Komanda.az RAC1-ə istinadən xəbər verir ki, dünən baş tutan “Atletik” – “Barselona” matçında (0:0) Pedri göz yaşlarını çətinliklə saxlayaraq, meydanı tərk edib. 

İspaniyalı futbolçunun dizlərində yırtığı ola biləcəyinə dair şübhələr var.

Bildirilir ki, Pedri əməliyyat olunmaq istəməyib. O, zədə səbəbindən son 3 il ərzində artıq 70-dən çox oyunu buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button