“Barselona”nın futbolçusu əməliyyat olunub

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper Fransada belindən əməliyyat keçirib.

Belindəki ağrılar səbəbindən komandanın son 3 oyununu buraxan 31 yaşlı qapıçının təxminən 2-3 aydan sonra yaşıl meydançalara qayıdacağı açıqlanıb. Həkimlər onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər sıraya dönməsinə çalışırlar.

Çempionlar Liqasında 1/8 final mərhələsinə 2024-cü il fevralın 13-14-də keçiriləcək oyunlarla start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button