İki futbolçusu “Barselona”dan ayrılmağı düşünür

“Barselona”nın futbolçuları Serxio Buskets və Jordi Alba yayda klubu tərk edə bilərlər.

Komanda.az xəbər verir ki, bu barədə TV3 kanalı məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun “Barselona”dan ayrılmaq haqda düşündüyü bildirilib.

Buskets və Alba yaxın zamanda klub rəhbərliyi ilə görüşərək, qərar verəcəklər.

Busketsin “Barselona” ilə 2023, Albanın isə 2024-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button