“Barselona”nın rəqibi bu dəfə “Arsenal” oldu

Yeni mövsümə hazırlıqlarını davam etdirən İspaniyanın “Barselona” klubu “Arsenal”la yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər il “Barselona” klubu tərəfindən təşkil olunan “Joan Qamper” kuboku çərçivəsində rəqib bu dəfə “Arsenal” olub. Joan Qamper “Barselona” klubunun qurucusu sayılır. O, həm də Kataloniya təmsilçisinin ilk prezidenti olub.

“Joan Qamper” kuboku 1997-ci ildən bu yana iki komandanın iştirakı ilə keçirilir. Ötən il təşkil olunan “Joan Qamper” kubokunda “Barselona” “Boka Xuniors”la qarşılaşmış və 3:0 hesablı qələbə qazanmışdı.

“Barselona” – “Arsenal” matçı avqustun 4-də, “Kamp Nou” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button