“Barselona” 80 milyon avro təklif etdi, “yox” cavabı aldı

İspaniyanın “Barselona” klubu zədəli hücumçusu Luis Suaresi əvəzləmək üçün futbolçu axtarışını davam etdirir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu “Monako”nun hücumçusu Vissam Ben Yedderi transfer etmək istəyib. Fransa klubunun rəhbərliyi ilə görüşən katalonlar, futbolçu üçün “Monako”ya 80 milyon avro təklif edib. Qış fasiləsində hücumçusunu satmaq niyyətində olmadığını bildirən “knyazlıq klubu” “Barselona”nın bu təklifindən imtina edib.

Cari mövsümdə “Monako”nun heyətində 23 oyuna çıxan 29 yaşlı futbolçu, bu qarşılaşmalarda 15 qol, 9 məhsuldar ötürməylə yadda qalıb. Fransalı futbolçunun “Monako” ilə müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.

“Barsa”nın “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqla da maraqlandığı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button