“Bəlkə də, bu gün rəqibi təəccübləndirə bildik” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen La Liqanın 34-cü turunda “Vilyarreal”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Setyen, 4:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“VAR sistemi haqda heç nə danışmaq istəmirəm. VAR futbolu ədalətli edəcək bir sistemdir, ancaq hələlik kifayət deyil. Problem, onları dəfələrlə nəzərdən keçirsəz də, düzgün şərhlərin verilməməsidir.

Oyunda hər şey qaydasında idi. Lionel Messi, Antuan Qrizmann və Luis Suares yaxşı anlaşdılar və bu da nəticəni müəyyən etdi. Bəlkə də, bu gün rəqibi təəccübləndirə bildik. Müdafiədə oynayan komandalara qarşı çox çətinlik çəkirik. Ancaq “Vilyarreal” belə oyun oynamadı. Hər oyunda belə nəticə istərdim, ancaq futbol dəqiq bir elm deyil”.

“Barselona” hazırda 73 xalla ikinci sıradadır. Kataloniya təmsilçisi lider “Real”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button