“Hər zaman çatışmayan nəsə olur, ancaq…” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen La Liqanın 28-ci turunda “Malyorka”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Setyen, 4:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Özümüzü yaxşı hiss edirik. Hər zaman çatışmayan nəsə olur, ancaq oyundan məmnunam. İmkanlardan yararlandıq və oyunun ilk hissəsində fərqlənə bildik.

Fasilədən sonrakı oyundan da razı qaldım. Oyunun sürətinin aşağı olmasına görə tənqid edə bilərsiz, ancaq bu, yaxşı başlanğıc oldu. Luis Suares də zədədən sonra yaxşı təsir bağışladı. Düzgün qərarlar verərək, lazım olanı etdi. Əlbəttə, bundan da yaxşı olacaq, amma bu gün də pis deyildi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button