“Napoli”nin nəyə qadir olduğunu bilirəm” – “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” ilə qarşılaşacaqları ilk matçdan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Setyen, səfər matçıyla bağlı bunları deyib:

“Son zamanlarda La Liqada ağır oyunlarımız oldu. Əhval-ruhiyyəmiz yüksək, nəticələrimiz də yaxşıdır. Bu səviyyədən aşağı düşmək istəmirik.

Komandama həmişə demişəm ki, rəqiblərinizdən yüksək oyun göstərmələrini gözləyin. “Napoli”nin də nəyə qadir olduğunu bilirəm. Qrup mərhələsində yüksək səviyyədə oyunlar keçirdilər.

“Napoli” ilə matç Çempionlar Liqasında ilk oyunumdur. “San-Paolo” kimi stadionda pley-off oyunlarına başlamaq xüsusidir. İnanıram ki, bizi maraqlı oyun gözləyir. Ümid edirəm ki, yaxşı futbol göstərəcəyik və bu oyun tarixə düşəcək”.

Bu gün keçiriləcək “Napoli” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button