Valverdedən Vidal açıqlaması: Gedir, yoxsa qalır?

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandadan ayrılacağı iddia olunan Arturo Vidal haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, Vidalın ayrılacağını düşünmədiyini deyib:

“Yarımmüdafiədə geniş seçim imkanımız var. Düşünürəm ki, Vidal və Karles Alenya qalaraq, bizə müsbət keyfiyyətləriylə kömək edəcəklər.

Vidalın çoxdan gedəcəyini deyirdilər. Hazırda bizim oyunçumuzdur, qol da vurur və düşünmürəm ki, komandadan ayrılacaq”.

Vidalın adı “İnter”lə yanaşı hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button