“Çempion olmaq üçün “Real” və “Atletiko” ilə şanslarımız bərabərdir” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 33-cü turunun “Qranada” ilə matçından sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Kuman, 1:2 hesabıyla məğlub olduqları oyunla bağlı bunları deyib:

“Futbolçularımı heç bir şeydə günahlandırmıram. Onlar əllərindən gələni etdilər, lakin ümumi diqqətsizlik oldu. Komanda boşluqlar verdi və qollar buraxdıq. Müdafiədə yaxşı oynamadıq. Çempionluq mübarizəmiz davam edir. İrəli baxmalı və qarşıdakı beş oyunu da qazanmalıyıq. Çempion olmaq üçün “Real” və “Atletiko” ilə şanslarımız bərabərdir”.

“Barselona” 71 xalla La Liqada 3-cü sıradadır. Kataloniya təmsilçisi lider “Atletiko”dan iki xal geri qalır.