“Bilirik ki, “Barselona”nın hücum xətti zəifdir” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasında “Bayern”ə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 0:3 hesabıyla bitən matçı belə şərh edib:

“Bilirik ki, “Barselona”nın hücum xətti zəifdir. Sürətimizi artırmaq və hücumda daha yaxşı olmağımız üçün bir neçə həftə vaxt lazımdır. “Bayern” kimi komandaya qarşı sürətli oynamaq çətindir.

Oyunu təhlil edib, səhvlərimiz üzərində çalışacağıq. Rəqibimizin kim olduğunu unutmamalıyıq. “Bayern” kimi komandanı məğlub etmək üçün çox güclü olmalısan. Zədəli futbolçularımız var. Onlar qayıtdıqdan sonra istədiyimiz oyunu sərgiləyə biləcəyik”.