Kuman: “Veteranlar komandada qalmalıdır”

“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun televiziyasına danışan niderlandlı mütəxəssis, Serxio Buskets, Jordi Alba və Jerar Pike kimi veteran futbolçuların komandada qalmalı olduqlarını bildirib:

“Veteranlar komandada qalmalıdır. Ötən il özlərini yaxşı tərəfdən göstərdilər və bizimlə qalmaları vacibdir. “Barselona” kimi klubda yaşlı və gənc futbolçular arasında tarazlıq olmalıdır”.