“Qələbəyə layiq deyildik” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde La Liqanın 5-ci turunda “Qranada”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Valverde, 0:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Narahat oluram, çünki qələbə qazana bilmirik. Son 4 oyunda nələrisə səhv edirik. Bizə gec qoşulan oyunçular var. Matçboyu üstün tərəf biz oluruq, ancaq şanslarımızı qola çevirə bilmirik. Oyuna qayıtmaq şansımız olmadı. Biz bu gün qələbəyə layiq deyildik”.