Rəsmi: “Barselona” Valdeslə vidalaşdı

“Barselona”nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Viktor Valdes vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Valdesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İspaniya mətbuatının xəbərinə görə, Valdeslə “Barselona”nın akademiyasının direktoru Patrik Kluyvert arasında fikir ayrılığının olması səbəbindən, 37 yaşlı mütəxəssisin işinə son verilib.

Sabiq qapıçı bu ilin yayından “Barselona”nın U-19 komandasına rəhbərlik edirdi.