ÇL: “Barselona”nı keçəcəyimizə inanırıq”

“Nyukasl”ın hücumçusu Harvi Barnes UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” ilə keçirilən matçın nəticəsini (1:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, növbəti mərhələyə keçəcəklərinə inandıqlarını bildirib:

“Bizim mərhələ keçmək şansımız varmı? Əlbəttə, var. Dünənki matçda topa yaxşı nəzarət edirdik və rəqibin hücumlarını saxlayırdıq. Qələbəyə çox yaxın idik. İndi hesab bərabərdir və biz növbəti mərhələyə keçəcəyimizə inanırıq”.

“Barselona” ilə “Nyukasl” arasındakı cavab qarşılaşması martın 18-də, İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button