
“Barselona”dan yenilik: Futbolçuların tərləməsini canlı təhlil edəcək texnologiya
“Barselona” futbol texnologiyasında yeni mərhələyə keçməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub tezliklə oyun zamanı futbolçuların tərləmə səviyyəsini “live” (anbaan) rejimdə təhlil edən xüsusi avadanlıqdan istifadə edəcək. Bu texnologiya kataloniyalıların yeni texniki tərəfdaşı olan “Onalabs” şirkəti tərəfindən təmin olunacaq.
Sözügedən sensorlar Formula 1 pilotlarında istifadə edilən sistemlərə bənzəyir. Bu qurğular ürək döyüntüsü və digər fizioloji göstəriciləri ölçmək imkanına malikdir.
Yeni yanaşma sayəsində “Barselona”nın fizioterapevtləri futbolçuların fiziki vəziyyəti barədə daha dəqiq məlumatları birbaşa oyun zamanı əldə edəcək. Bu isə məşq və oyun prosesində qərarların daha optimal verilməsinə şərait yaradacaq.
Bizi Facebook-da izləyin



