“Barselona”dan Pedri ilə yeni müqavilə – rəsmi

İspaniyanın “Barselona” klubu futbolçusu Pedri ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Pedri 2020-ci ilin iyulundan “Barselona”nın formasını geyinir.