“Barselona”dan növbəti transfer

İspaniyanın “Barselona” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni heyətinə qatıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı danimarkalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Barselona” bu gün İtaliya “Milan”ından ayrılmış Frank Kessyeni də transfer etdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button