“Barselona”da ilk mövsümümü pulsuz keçirdim”

“Barselona”nın qapıçısı Voyçex Şesnı klubla müqaviləsinin maliyyə şərtlərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Barselona”da ilk mövsümümü pulsuz keçirdim. Müqaviləmin vaxtından əvvəl ləğvi üçün “Yuventus”a ödəməli olduğum məbləği “Barselona”dan tam olaraq aldım”.

Kataloniya klubu keçən ilin oktyabr ayında təqaüdə çıxmış polşalı futbolçunu futbola qayıtmağa razı salıb. Qolkiper sonra uzun müddət “Barselona”nın əsas qapıçısı olub. O, bu ilin iyul ayında klubla 2027-ci ilə qədər olan yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button