
“Barselona” yeni qapıçı transfer edəcək
“Barselona” mövsümün sonunda “Real Sosyedad”ın qapıçısı Aleks Remironu transfer etməyi düşünür.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku 30 yaşlı oyunçuyla mümkün transfer məsələsi haqda görüşüb.
Remironun transfer məbləği 70 milyon avrodur. Onun “Real Sosyedad”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayında başa çatacaq. “Barselona” bu yay qapıçını Xuan Qarsiya ilə rəqabət aparmaq üçün münasib qiymətə əldə edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



