“Barselona” yeni mövsüm üçün formasını təqdim etdi – FOTO

İspaniya çempionu “Barselona” yeni mövsüm ev oyunlarında geyinəcəyi formanı ictimaiyyətə təqdim edib.

Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma ənnəvi olaraq tünd qırmızı-mavi rəngdə olacaq.

Ancaq formanın dizaynında dəyişiklik olub. Əvvəlki formada olan şaquli zolaqları kvadratlar əvəzləyib. Formanın yaxasında isə Kataloniya bayrağı yer alıb.