David Vilya karyerasını bitirir

“Barselona” və İspaniya millisinin sabiq futbolçusu David Vilya karyerasını bitirir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Hazırda “Vissel Kobe”də forma geyinən Vilya Yaponiyada mövsümün sonunda – 2020-ci ilin yanvarında futboldan gedəcəyini açıqlayıb.

Karyerası ərzində “Valensiya”, “Barselona”, “Atletiko”, “Nyu York Siti”, “Melburn” kimi klublarda forma geyinən hücumçu, hazırda Yaponiya təmsilçisi “Vissel Kobe”də forma geyinir.

98 dəfə də İspaniya milli komandasının formasını geyinən Vilya yığmada 59 qolla bombardirdir.