“Barselona” üçün 50 milyon avro problemi

İtaliyanın “Milan” klubunun müdafiəçisi Alessio Romanyoli karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır. Növbəti mövsüm üçün müdafiəni gücləndirmək istəyən Kataloniya klubu, Romanyolini heyətinə qatmağa çalışacaq. Katalonlar üçün problemin futbolçunun təzminat məbləği ilə əlaqədar olduğu bildirilir. “Milan” müdafiəçi üçün 50 milyon avro tələb edir, lakin “Barselona” koronavirus pandemiyasının yaratdığı maddi çətinlik səbəbiylə bu məbləği ödəmək istəmir.

İtaliyalı futbolçunun “Milan”la müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.