“Yuventus” Luis Suares üçün “elçi düşəcək”

“Barselona”nın hücumçusu Luis Suaresin komandadan ayrıla biləcəyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçunun Kataloniya klubundan ayrılacağı dəqiqləşib. Məlumata görə, klub rəhbərliyi futbolçuya bu barədə məlumat verib. Klubun satış siyahısında olan Suares karyerasını Niderlandda davam etdirə bilər. Futbolçunun keçmiş klubu “Ayaks”ın onun üçün “Barselona”ya 15 milyon avroluq rəsmi təklif göndərdiyi bildirilir.

Bundan başqa, 33 yaşlı futbolçunun “Yuventus”un da hədəfində olduğu deyilir. “Qoca sinyora”nın Suaresə illik 3 milyon avro qazanacağı iki illik müqavilə təklif edəcəyi bildirilir.

2014-cü ildən “Barselona”nın uğurları üçün çalışan Suaresin klubla müqaviləsi növbəti mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button