MY Reşfordun əvəzinə “Barselona”nın bir futbolçusunu istəyir

“Mançester Yunayted” və “Barselona” Markus Reşfordun transferi ilə bağlı danışıqları davam etdirir.

“Qırmızı şeytanlar” Reşfordu cari mövsümün sonuna qədər “Barsa”ya icarəyə verib. Kataloniyalıların onun daimi transferi üçün 30 milyon avroluq seçimi var, ancaq bu məbləği ödəmək istəmirlər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun əks istiqamətə keçəcəyi təqdirdə, Reşfordu buraxmağa hazırdır. Belə mübadilənin bir hissəsi olaraq, Premyer Liqa klubu 10 milyon avro əlavə ödəniş tələb edəcək.

“Transfermarkt” 28 yaşlı Reşfordu 40 milyon avro, 22 yaşlı Kasadonu isə 20 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button