“Barselona” “Real” və “Çelsi”nin rekordunu təkrarladı

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”i minimal hesabla məğlub edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşün taleyini matçın 13-cü dəqiqəsində “Mançester Yunayted”in müdafiəçisi Luk Şou həll edib. “Barselona” Şounun avtoqoluyla matçdan qalib ayrılıb.

“Barsa” ÇL-də 14-cü dəfədir ki, avtoqol hesabına qələbə qazanır. Kataloniya təmsilçisi bu göstəricidə “Real” və “Çelsi”nin rekordunu təkrarlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button